Suriya sərhəddində Şanlıurfanın Ceylanpınar bölgəsində sərhəd xəttində keşik çəkən üç əsgər açılan atəş nəticəsində şəhid olub. SİA-nın türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Şanlıurfa bələdiyyə sədri İzzettin Kiçik əsgərlərin şəhid olduğu hadisənin necə baş verdiyini araşdırdıqlarını açıqlayıb. O bildirib ki, atəşin Suriya tərəfindən açılıb-açılmadığı da araşdırmalardan sonra məlum olacaq.
Bəzi mənbələrdə isə keşik çəkən əsgərlərdən birinin 2 əsgər yoldaşını vurduqdan sonra intihar etdiyi iddiaları səsləndirilir.
Hadisə gecə saatlarında Ceylanpınar bölgəsinin mərkəzindən 15 kilometr uzaqlıqda yerləşən Gökçayır məhəlləsi yaxınlarında baş verib. Sərhəd xəttində keşik çəkən və şəxsiyyətləri hələ açıqlanmayan 3 əsgərin sərhədin qarşı tərəfi olan Suriyanın Telhanzir kəndi mövqeyindən açılan atəş nəticəsində şəhid olduqları fikirləri irəli sürülür. Hadisədən sonra bölgəyə Xüsusi Hərəkat qrupları ilə hərbi qoşunlar cəlb edilib. Sərhəd xəttində araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB