Tarixdə ilk dəfə. Elm sahəsində ən yüksək mükafat olan Nobel mükafatını satılıb. Mükafatı onun öz sahibi satışa çıxarıb. ANS PRESS-in məlumatına görə, 86 yaşlı Ceyms Yutson DNT sahəsindəki kəşfilə layiq görüldüyü "Nobel"i dünən Nyu-Yorkda "Christie's" hərrac evində satışa çıxarıb. Nobel mükafatı 4.1 milyon dollara satılıb.
Bundan başqa, Ceyms Uotsonun 1962-ci ilin dekabrın 10-da Stokholmda Nobel Komitəsinin təntənəli mərasimindəki çıxışı üçün hazırladığı əlyazma tezislər 300 min dollara satılıb. Həmçinin, alimin mühazirəsinin hərraca çıxarılmış qaralaması 200 min dollara satılıb.
Alim əldə ediləcək vəsaitlərin xeyriyyə tədbirlərinə xərcləyəcəyini bildirib. "Elm sahəsində edəcəyim yeni-yeni xeyriyyəçilik anını səbirsizliklə gözləyirəm. Satışdan əldə etdiyim vəsaiti elmi laboratoriyalara verəcəm. Bununla da dərin ideyaların hökm sürdüyü akademik mühitə öz bəhrəmi vermək istəyirəm".
Uotson 2007-ci ildə öz istəyilə "Cold Spring Harbor" laboratoriyasının rəhbəri postundan imtina etmişdi. Alim məhz burada 25 il xərçəngin genetikasını öyrənib.
Uotson Nobel mükafatını 1962-ci ildə həmkarları Frensis Krik və Moris Uilkinslə birlikdə DNT molekullarının quruluşundakı kəşflərinə görə almışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB