İtaliyanın Saipem SpA kompaniyası sifarişçidən "Cənub axını" qaz kəmərinin dəniz hissəsindəki tikintisini dayandırmaq barədə rəsmi bildiriş alıb. Vestifinance.ru saytı xəbər verir ki, şirkət bu qərarın öz biznesinə zərərini hələ hesablamayıb. Belə ki, nə işlərin dayandırılma vaxtı, nə də layihə barədə yekun qərar məlum deyil.
Saipem kompaniyasının rəhbəri Umberto Vercin qaz kəməri layihəsinin tikintisinin dayandırılmasından gələn il 1,25 milyard avro itirə biləcəklərini deyib.
Layihədə "Qazprom"un 50 faiz, İtaliyanın ENİ holdinqinin 20 faiz, törəmə Saipem kompaniyasının isə ENİ-də 43 faiz payı var idi. Bir qədər əvvəl South Stream Transport şirkəti Rusiyanın "Cənub axını" layihəsindən imtina etməsinin Avropa şirkətlərinə ən azı 2,5 milyard avro zərər vuracağını bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB