Misirdə küçə toqquşmaları nəticəsində 3 nəfər həlak olub

Misirdə küçə toqquşmaları nəticəsində 3 nəfər həlak olub

Misir Səhiyyə Nazirliyinin ilkin məlumatına görə, müxtəlif əyalətlərdə nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında baş vermiş küçə toqquşmaları nəticəsində 3 nəfər həlak olub, 20 nəfər yaralanıb.

Etirazlar Misirin sələfi qruplarından biri olan "Sələfilər cəbhəsi" hərəkatı tərəfindən təşkil olunub.

Həmin gün Misirin bütün təhlükəsizlik qüvvələri, o cümlədən əsgərlər etiraz tədbirləri zamanı təhlükəsizliyi təmin etmək üçün tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Noyabrın 28-də təhlükəsizlik qüvvələri "Müsəlman qardaşlar"ın 145 tərəfdarını həbs ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə