Roma Papası Fransiskin Türkiyəyə səfərini mindən çox KİV nümayəndəsi izləyir

Roma Papası Fransiskin Türkiyəyə səfərini mindən çox KİV nümayəndəsi izləyir

Xəbər verdiyimiz kimi, Roma Papası Fransiskin Türkiyəyə səfəri davam edir. Türkiyə Baş Nazirliyinin Mətbuat, Nəşr və İnformasiya İdarəsinin yaydığı məlumata görə, Roma Papası Fransiskin 3 günlük səfərini izləmək üçün idarəyə 1022 nəfər KİV nümayəndəsi müraciət edib. Onlardan 306-sı xarici mətbuat və informasiya orqanının təmsilçisidir. Papa ilə birlikdə isə Türkiyəyə 69 nəfər mətbuat işçisi gəlib.

Sabir Şahtaxtı, AzərTAc

Bütün xəbərlər Facebook səhifəmizdə