Ukraynanın dövlət borcu 73 milyard dollara çatıb

Ukraynanın dövlət borcu 73 milyard dollara çatıb

Oktyabrın 31-nə olan məlumata görə, Ukraynanın dövlət borcu 72,9 milyard dollar təşkil edib. Vestifinance.ru saytı xəbər verir ki, Ukrayna Maliyyə Nazirliyi bunun 39,8 milyard dollarının xarici borc olduğunu bildirib.

Ukrayna milli valyutanın məzənnəsini qoruyub saxlamaq və xarici borcu ödəmək məqsədi ilə öz qızıl ehtiyatının yarısını satmağa məcbur olub. Belə ki, bu ilin birinci rübündə ölkənin qızıl fondu 42,61 ton olduğu halda, ikinci rübdə 40,12 tona, oktyabr ayında isə 26,124 tonadək azalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə