Mahmud Abbas: “Daha əvvəl xəbərdarlıq etdik, etməyə də davam edirik” Açıqlama

Mahmud Abbas: “Daha əvvəl xəbərdarlıq etdik, etməyə də davam edirik” Açıqlama

Fələstin Dövlət Başçısı Mamud Abbas İsrail rəhbərliyinə xəbərdarlıq edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Abbas İsrail hökümətinə səslənib: "Müqəddəslərimizə, məscidlərimizə və kilsələrimizə yaxınlaşmayın. Çünki bu, harada sonlanacağı bilinməyən bir partlamaya gətirib çıxarar. Siyasi qarşıdurmanın dini qarşıdurmaya çevrilməsi mövzusunda daha əvvəl xəbərdarlıq etdik, etməyə də davam edirik".

Abbas, hər iki tərəfdən də vətəndaşların öldürülməsini qınadıqlarını, döyüşdən deyil barışdan yana olduqlarını ifadə edib. Ancaq bu vəziyyətin Məscidi-Əqsaya və müqəddəs dəyərlərə hücumları görməməzlikdən gəlmə mənasını daşımadığını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə