Keniyanın Mandıra şəhərində Əş-Şəbab təşkilatı üzvlərinin bir avtobusu saxladaraq sərnişinləri öldürdüyü xəbəri yayılıb. SİA-nın dünya mətbuatına istinadən verdiyi xəbərə görə, ölənlərin sayının 30-a yüksəldiyi bildirilir. Şəbab təşkilatının rəhbəri Əli Mahmud Ragin, təşkilatın internet səhifəsindən etdiyi müraciətdə, bu səhər Mandıra şəhərindən paytaxt Nairobiyə getməkdə olan avtobusa hücum təşkil etdiklərini yazıb. O, Mücahidlər Mombasa şəhərindəki müsəlmanlara yönəlik qanun pozuntularına qarşı bu səhər bir avtobusa təşkil etdikləri hücumda 30 Keniyalı xristiyanı öldürdüklərini ifadə edib. Ragin şərhində təşkilatın Keniya torpaqlarında hücumlarını artıracağını deyib.
Keniya Polis nümayəndəsi Məsud Muveyni, Əş-Şəbab təşkilatı nümayəndələrinin Mandıra şəhərində 28 adamın başını kəsərək öldürüldüyü məlumatını aldıqlarını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB