Ermənilər rus qızını qətlə yetirdi və...

İzi itirmək üçün qızın cəsədini meşəyə atıblar
Ermənilər rus qızını qətlə yetirdi və...

Rusiyada Moskva ətrafında avtomobil yuma məntəqəsində dəhşətli qətl hadisəsi törədilib. Avtomobilini yuduzdurmaq üçün məntəqəyə gələn 25 yaşlı Anna Şuranova gicgahından aldığı güllə nəticəsində ölüb.

Onun 400 min rubl dəyərində olan maşınını ələ keçirmək istəyən məntəqəni işlədən ermənilər güllə ilə vurublar. Qatillərdən biri 23 yaşlı Ermənistan vətəndaşı Mixra Mirzoyan dərhal həbs olunsa da onun həmyerlisi bir müddət gizlənə bilib. Polis digər qatili bu gün həbs edib.

Annanı qətlə yetirən ermənilər avtomobili sataraq pulu aralarında bölmək istəyiblər.

Qatillər travmatik tapança ilə qızın sol gicgahından vurublar. Bundan sonra qızın cəsədini maşına qoyaraq işlədikləri məntəqənin yaxınlığındakı Krasnaya Qorka kəndinin meşəliyinə atıblar.

Anna ərinə hara getdiyini dediyindən polislərin işi bir qədər asan olub. Ermənilərin qətlə yetirdiyi Anna Şuranovanın dördyaşlı oğlu qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə