Pekində ABŞ-Rusiya görüşü FOTOLAR

Pekində ABŞ-Rusiya görüşü FOTOLAR

Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Barak Obamanın qeyri-rəsmi görüşü baş tutdu. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib. Peskovun sözlərinə görə, Pekində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı ölkələrinin sammitində Putinlə Obama ayaq üstə bir-birlərini salamlayıblar. "Lakin prezidentlər bir-birləri ilə danışmadılar. Onlar sadəcə salamlaşıb görüşdülər", - deyə Peksov bildirib.

Peskovun sözlərinə görə, yaxın günlərdə Rusiya və ABŞ prezidentlərinin sammit çərçivəsində qısa müddətli görüşü ola bilər.

Qeyd edək ki, Pekində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı ölkələrinin sammiti keçirilir.





Bütün xəbərlər Facebook səhifəmizdə