Albaniyanın baş naziri 70 illik fasilədən sonra Serbiyaya rəsmi səfər edəcək

Albaniyanın baş naziri 70 illik fasilədən sonra Serbiyaya rəsmi səfər edəcək

Albaniyanın baş naziri Edi Rama 70 illi fasilədən sonra ilk dəfə Serbiyaya rəsmi səfərini edəcək. SİA-nın məlumatına görə, baş nazirin mətbuat xidməti xəbər verir ki, səfər müddətində ikitərəfli əməkdaşlıq haqqında saziş, plenar iclas və press-konfrans keçiriləcək. Lakin aparılacaq danışıqların mövzusu barədə heç bir məlumat verilmir. Eyni zamanda Albaniya baş nazirinin Serbiyaya səfəri haqqında yalnız bazar günü axşam məlumat verilib. Belə ki, mətbuat xidmətinin rəhbəri şənbə günü axşam deyib ki, onun səfər barədə daha geniş informasiyaları yoxdur.

Ramanın Serbiyaya səfəri hələ oktyabrın 22-nə planlaşdırılmışdı. Lakin oktyabrın 14-də Belqradda Albaniya və Serbiya futbol oyununda hər iki ölkənin azarkeşləri arasında baş verən qarşıdurmalardan sonra bu səfər təəzirə salınmışdı. Həmin oyun zamanı Albaniya azarkeşləri stadion üzərində "Böyük Albaniya" xəritəsini qaldırmışdılar. Həmin xəritədə Serbiyanın böyük hissəsi Albaniyanın ərazisi kimi göstərilmişdi. Serbiya yığmasının oyunçusu Stefan Mitroviş həmin bayrağı ələ keçirərək, onu cırmağa cəhd edərkən, albaniyalı futbolçular həmin bayrağı onun əlindən almağa cəhd göstəriblər. Nəticədə hər iki ölkənin yığma oyunçuları arasında kütləvi əlbəyaxa dava olmuş, həmin davaya meydançaya daxil olan azarkeşlər də qatılmışdı. Nəəticədə oyun təxirə salınmışdı.

Qeyd edək ki, "Böyük Albaniya" amili müasir Albaniyaya Serbiyanın cəbub regionlarını, Kosovanı və Preşevi, o cümlədən, Makedoniyanın şimal-qərb rayonlarını, həmçinin, Çernoqoriyanın cənub-qərbini birləşdirmək məqsədini daşıyır. Albaniyanın millətçilərinin ideologiyasına görə, Yunanıstanın şimal bölgələri də bu ölkənin tarixi tərkib hissəsidir. Lakin bir faktor da mövcuddur ki, adları çəkilən ərazilərin heç birində almaniyalılar yaşamır.

Albaniya isə öz növbəsində Osmanlı imperiyasının tərkibindən ayrılaraq, 1912-ci ildə müstəqilliyini əldə edib. Bu ölkənin Serbiya ilə münaqişəsi isə Serbiyada yerli Kosova albanlarına qarşı yürütdülən terror olayları baş verəndən sonda daha da qızışıb. 2008-ci ilin 17 fevralında isə Kosova birtərəfli qaydada Serbiyadan ayrıldığını bəyan edərək, müstəqilliyini elan edib. Bu baxımdan, Albaniya baş nazirinin Serbiyaya rəsmi səfəri dünya ölkələri tərəfindən maraqla izlənilməkdədir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə