Metroda partlayış

Qahirə metrosunda törədilən partlayış nəticəsində iki polis işçisi həlak olub. Yerli KİV-lərin yazdığına görə, əldəqayırma partlayıcı qurğu Minufiyə əyalətində qatarın stansiyaların birində dayandığı zaman işə düşüb. Nəqliyyat polisinin əməkdaşları sonuncu vaqonda şübhəli əşya tapıblar. Qatardakı sərnişinlər vaqonlardan çıxarılıb. Partlayış tapıntıya baxış zamanı baş verib. Bildirilir ki, daha 12 nəfər yaralanıb.

Xatırladaq ki, Misirdə fəaliyyəti qadağan edilmiş "Müsəlman qardaşlar" Assosiasiyası hakimiyyətdən uzaqlaşdırılandan sonra ölkədə təhlükəsizlik sahəsində vəziyyət kəskin pisləşib. Misir rəhbərliyi ordunun və polisin gücünü birləşdirərək, terrorizmə və gizli fəaliyyət göstərən ekstremistlərə qarşı mübarizə aparmaq üçün zəruri olan bütün tədbirləri görür.AzərTAc

Bütün xəbərlər Facebook səhifəmizdə