Sarkisyanın B planı işə düşdü

Ermənistan hökumətində ciddi dəyişikliklərin olacağı gözlənilir
Sarkisyanın B planı işə düşdü

Ermənistan hökumətində ciddi struktur dəyişikliyi həyata keçiriləcək. Bu barədə Ermənistan Respublika partiyasının sədr müavini, təhsil naziri Armen Aşotyan açıqlama verib.

Hansı dəyişiklərin olacağı barədə heç bir açıqlama verməyən A.Aşotyan bildirib ki, ciddi struktur dəyişikliyi ilə bağlı qərar hökumətin növbəti iclasında veriləcək.

Qeyd edək ki, Ermənistanda sentyabr, oktyabr aylarında kütləvi etiraz aksiyaları keçirilmişdi. Küçələrə axışan minlərlə errməni prezident Serj Sarkisyanın istefasını, hökumətin yenidən qurulmasını tələb edirdi. Etiraz aksiyalarını "Çiçəklənən Ermənistan", "İrs" partiyaları və Erməıni Milli Konqresi keçirib. Müxalifət tələb edir ki, 2015-ci aprelin 24-nə qədər növbədən kənar parlament və prezident seçkiləri keçirilsin.

Bəzi erməni politoloqları hesab edir ki, Ermənistan hökumətində Sarkisyan ciddi struktur dəyişikliyi həyata keçirməklə xalqın gözündən pərdə asmaq istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə