Yalçın Akdoğan: “Azərbaycanın problemi Türkiyənin problemidir” Açıqlama
"Biz bir millət, iki dövlətik. Erməni lobbisi bu gün öz millətini diqqətə almadan hərəkət edir. Biz məzlum erməniləri düşündüyümüz halda, lobbi bizi necə dünyanın gözündən düşürməyi fikirləşir". Bu sözləri bu gün Antalyada keçirilən Beynəlxalq Media Təhsili Proqramında çıxış edən Türkiyənin Baş nazirinin müavini Yalçın Akdoğan deyib.
O qeyd edib ki, əgər ermənilər qondarma soyqırımı iddiaları ilə bağlı işlər görürsə, biz də haqlı olaraq hərəkətsiz deyilik: "Bizim üçün məzlumun milliyəti fərq etmir, biz hamı üçün yardım edirik. Azərbaycanın problemi Türkiyənin problemidir. Ermənilər 2015-ci ili "soyqırımı ili" olaraq dünyaya tanıtmaq istəyir. Onlar əgər bunun üçün çalışırlarsa, biz də hərəkətsiz deyilik".
İki ölkə arasında lobbiçiliyin yüksək səviyyədə davam etdirildiyini vurğulayan Yalçın Akdoğan sözlərinə bunları da əlavə edib: "Cənab İlham Əliyevlə iki dövlət arasında bu haqda görüşmələrimiz olub. Biz bu məsələ ətrafında əlaqələrimizi davam etdiririk".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB