Şenol Gökay: “Biz bir-birimizə öz təcrübələrimizi ötürəcəyik” Açıqlama

Şenol Gökay: “Biz bir-birimizə öz təcrübələrimizi ötürəcəyik” Açıqlama

"Əvvəllər Beynəlxalq təhsil və mediya proqramına televiziylar qatılırdı. Bu il portaların, agentliklərdən də nümayəndələr qaltılıblar. Onlara da seminar keçiriləcək". Bu sözləri Türkiyənin Antalya Şəhərində keçirilən Beynəlxalq Təhsil və Media Proqramında çıxışı zamanı TRT-nin icraçı direktoru Şenol Gökay deyib.

Onun sözlərinə görə, artıq ənənə halın alan bu proqrama dünyanın hər tərəfindən jurnalistlər qatılıb. Yalnız Cənubi Amerikadan nümyandələr iştirak etmir: "Beynəlxalq Media və Təhsil Proqramında sadəcə Cənubi Amerikadan jurnalistlər iştirak etmir. Proqramın seminar adlanmağına baxmayın, çünki burada 12-13 gün ərzində bir-birimizə öz təcrübələrimizi ötürəcəyik. Əlbəttə, bu günki proqramın tarixçəsi var. Biz bu proqrama 2009-cu ildən start vermişik. O gündən bu günə kimi təhsil və media ilə bağlı proqramının keçirilməsi 2009-cu ildən bu günə kimi ənənə halını alıb. 2009-cu ildə 28 ölkə iştirak etmişdirsə, bu il 38 ölkədən bura gələnlər var. TRT hər zaman praktikant ənənəsini davam etdirir. Bir neçə il əvvəl bizimlə başlayan praktikantlar bu gün artıq TRT-də söz sahibidirlər. Biz sizi unutmayacağıq. Arzu edirəm ki, siz də bizi unutmayasız".

Bütün xəbərlər Facebook səhifəmizdə