Yəməndə 20 hərbçi həlak olub

Yəməndə 20 hərbçi həlak olub

Yəmənin Xodeyda əyalətində "Əl Qaidə" terror təşkilatının silahlılarının hücumu nəticəsində azı 20 hərbçi həlak olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, terrorçuların hücumuna əyalət administrasiyasının binası məruz qalıb.

Silahlılar həmçinin 4 polis avtomobilinə zərər yetiriblər. Cavab atəşi ilə 3 silahlının öldürüldüyü bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə