Kiril Pakistanın prezidentindən nə xahiş edib?

“Asiya Bibini əfv edin”
Kiril Pakistanın prezidentindən nə xahiş edib?

Ümumrusiya və Moskvanın patriarxı Kiril Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseynə beş uşaq anası, dini inancına görə xristian olan Asiya Bibinin əfv edilməsi üçün müraciət edib. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, Asiya Bibi müsəlmanların peyğəmbəri Məhəmmədi (s.ə və s.) təhqir edib və qadın asılmaq cəzası alaraq, ölümə məhkum olunub. Bu qərarı Lahorun Ali məhkəməsi sentyabrın 16-da qəbul edib.

Kiril Pakistanın prezidentinə ünvanladığı müraciətində yazır: "Asiya Bibinin edamı yalnız onun ailəsi üçün deyil, eyni zamanda nəinki Pakistanda, eləcə də dünyada olan müsəlman-xristian dialoquna ciddi fəsadlar verə bilər".

Patriarx həmçinin qeyd edib ki, istənilən müasir dövlətin siyasi rəhbərliyi taleləri onlara tabe olan dini azlıqların məsuliyyətini öz üzərlərində daşıyırlar: "Rusiya pravoslav kilsəsi məhkəmənin çıxardığı hökmdən ciddi şəkildə narahatdır. Bizim çoxmilyonlu pastvamız öz sənini dünyanın nəhəng saylı insanları ilə birləşdirir və həmin xristian qadının həyatının saxlanması üçün dua edir. Rusiya pracoslav kilsəsi adından sizi, cənab prezident, Asiya Bibinin əfv olunması üçün qərar verməyə çağırıram".

Qeyd edək ki, bu xahişi daha öncə Pakistan prezidentindən Ümumdünya kilsələr məclisinin baş katibi də etmişdi.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə