Ukraynada seçkilərdə nəticələr dəyişməyib

Ukraynada seçkilərdə nəticələr dəyişməyib

Ukrayna MSK oktyabrın 26-da keçirilmiş növbədənkənar parlament seçkilərində seçici səslərinin hesablanmasını davam etdirir. Oktyabrın 30-dək hesablanmamış seçki bülletenlərinin sayı bir faizdən azdır. Nəticələr dəyişməyib.
Ali Radaya altı siyasi qüvvə keçəcək: hazırkı Baş nazir Arseni Yatsenyukun rəhbərlik etdiyi "Xalq cəbhəsi", Prezidentin adını daşıyan "Pyotr Poroşenkonun bloku", Lvov meri Andey Sadovının "Samopomiç" birliyi, əvvəllər Regionlar Partiyasını təmsil edən Yuri Boykonun "Müxalifət bloku", Oleq Lyaşkonun "Radikal partiyası" və Yuliya Timoşenkonun "Batkivşina" partiyası.

Bütün xəbərlər Facebook səhifəmizdə