NASA-nın kosmik raketi qəzaya uğrayıb

NASA-nın kosmik raketi qəzaya uğrayıb

NASA-nın kosmik fəzaya göndərdiyi raket, yerdən uzaqlaşmağa başladığı vaxtdan bir müddət sonra qəzaya uğrayıb. SİA-nın dünya mətbuatına istinadən verdiyi xəbərə görə, raketin göndərilməsi Beynəlxalq Kosmos Stansiyasına dəstək məqsədilə olub. Yerli saatla 18:23-də Virciniya əyalətinin "Vallops Island" bölgəsindəki kosmos mərkəzindən atılan raketin, bir neçə saniyə sonra havada partladığı bildirilib. NASA-nın apardığı video qeydlərdə, partlayışın ardından duman buludu və alovlar görülüb. Hadisənin nə səbəblə baş verdiyi ilə əlaqədar hər hansı bir şərh verilməyib. NASA-nın partlayan kosmik raketinin içində elmi təcrübə vasitələri, ehtiyat hissələrindən ibarət 2,5 tona yaxın yük olduğu bildirilir.

Qeyd edək ki, NASA ilə 2008-ci ildə əldə edilən razılaşmaya əsasən, Beynəlxalq Kosmos Stansiyasına göndəriləcək 4-cü yükün çatdırılması missiyası həyata keçirilməli idi. Plan çərçivəsində vəsait daşıyan kosmos vasitəsi Anteres, "Orbital Sciences" firmasına aid olub.

NASA rəsmiləri kosmosa göndərdiyi insansız raketin göndərildikdən qısa müddət sonra partlamasını ''çatışmazlıq'' olaraq dəyərləndirib və sınaqlara davam edəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə