Tokio metrosunda ingilis dilində göstəricilər quraşdırılıb

Tokio metrosunda ingilis dilində göstəricilər quraşdırılıb

Tokio Metrpoliteni Yaponiya paytaxtının dörd ən əsas stansiyasında əcnəbi qonaqlar üçün ingilis dilində göstəricilər quraşdırıb. 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarına hazırlıq məqsədilə quraşdırılan göstəricilər əcnəbi qonaqları paytaxtın metro sistemindən istifadə qaydaları ilə tanış edir.

Hündürlüyü iki, eni beş metr olan göstəricilər paytaxtın Ueno, Asakusa, Tokio və İkebukuro kimi böyük stansiyalarında quraşdırılıb.

Göstəricilərdə metro xətlərinin sxemi əcnəbi qonaqların başa düşəcəyi tərzdə əks olunub.

Tokio Metropoliteni yeni göstəricilərdən istifadə təcrübəsini nəzərə alaraq, paytaxtın turistlər tərəfindən daha çox ziyarət olunan görməli yerlərinə və mehmanxanaların daha çox yerləşdiyi rayonlarına yaxın stansiyalarda belə göstəricilərin quraşdırılmasını planlaşdırır.

Vüqar Ağayev, AzərTAc

Bütün xəbərlər Facebook səhifəmizdə