Rumıniyada prezidentliyə namizədlər arasında hazırkı Baş nazir liderdir

Rumıniyada prezidentliyə namizədlər arasında hazırkı Baş nazir liderdir

Rumıniyada Research Group agentliyi tərəfindən aparılan sosioloji sorğunun nəticələrinə görə, ölkədə noyabrın 2-də keçiriləcək prezident seçkilərində namizədlər arasında hazırkı Baş nazir Viktor Ponta liderdir. V.Pontaya seçicilərin 42 faizi səs verməyə hazırdır. Onun əsas rəqibi sayılan Sibiu şəhərinin meri Klaus Yoxanisə seçicilərin yalnız 21 faizi səs verməyə hazırdır. Üçüncü yeri isə Rumıniya Senatının sədri Kalin Popesku Tariçeanu tutur. Sorğunun nəticələrinə görə, o, seçicilərin 12 faizinin səsini qazana bilər.

Rumıniyada prezident seçkilərində 12 namizəd iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə