İŞİD-in neft gəliri 800 milyon dollar olub

İŞİD-in neft gəliri 800 milyon dollar olub

ABŞ Beynəlxalq Enerji Araşdırmaları şirkətinin bəyanatına görə, İŞİD-in neft istehsalından əldə etdiyi gəlir 800 milyon dollara çatıb. SİA-nın dünya mətbuatına istinadən verdiyi xəbərə görə, açıqlamada İŞİD-in Suriya və İraqda qanunsuz yollarla həyata keçirdiyi neft və neft məhsullarının satışlarından gündəlik 2 milyon, illik isə 800 milyon dollar əldə etdiyi ifadə edilir. Qruplaşma tərəfindən istehsal edilən neftin bir bareli 25 ilə 60 dollar arasında satılır. İŞİD-in İraq və Suriyada əlində saxladığı bölgədən istehsal etdiyi neftin gündəlik 350 min barel olmasına baxmayaraq, texniki çatışmazlıq səbəbindən istehsal hər gün üçün 50 – 60 min barel təşkil edir. Neft satışından başqa, İŞİD istehsaldan əldə etdiyi neft məhsulları ilə hərbi maşınların idarə edilməsində də istifadə edir.

ABŞ şirkətinin bəyanatında qruplaşmanın hazırda tankerləri doldurmaq üçün mobil cihazlara da malik olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə