Türkiyə NATO tədbiqatına ev sahibliyi edəcək

Türkiyə NATO tədbiqatına ev sahibliyi edəcək

Türkiyənin ev sahibliyi ilə İstanbul Atatürk Hərb Oyunu və Mədəniyyət Mərkəzində 12 ölkə nümayəndəsinin qatılması ilə hərbi tədbiqat həyata keçiriləcək. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 20 – 24 oktyabr tarixləri çərçivəsində keçiriləcək regional tədbiqata Azərbaycan, Makedoniya, Bosnya və Herseqovina, Serbiya, Qazaxıstan, Çernoqoriya, Moldova, İordaniya, Ukrayna, Mavritaniya, Əlcəzair və Pakistan qatılacaq. Tədbiqatda NATO ölkələrinin təhsil, əməliyyat həyata keçirmə və birlikdə hərəkət edə bilmə bacarıqlarının artırılması planlaşdırılır.

Qeyd edək ki tətbiqata, Türkiyədən 84, digər ölkələrdən 48 və NATO qərargahlarından 11 nümayəndə qatılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə