Obama restoranın hesabını ödəyə bilmədi Foto

Obama restoranın hesabını ödəyə bilmədi Foto

ABŞ Prezidenti Barak Obamanın Nyu Yorkun restoranlarının birində kredit kartı keçərsiz hesab olunub. SİA-nın dünya mətbuatına istinadən verdiyi xəbərə görə, Obama həyat yoldaşı ilə birlikdə getdiyi restoranda hesabı özü ödəyə bilmədiyi üçün, xanımı Mişel Obama ödəniş edib. O, İstehlakçıların Maliyə Haqlarını Qoruma Dairəsində çıxışı zamanı kartların oğurlanması əleyhinə "Güvənli Alışveriş" adlı proqramı başlatdığını vurğulayıb. Milyonlarla Amerikalının kart oğruluğunun qurbanı olduğunu qeyd edən Obama, çıxışının davamında onun kredit kartının getdiyi restoranda geri çevrildiyini ifadə edib: "BMT sessiyasının davam etdiyi bir vaxtda yoldaşımla birlikdə Nyu Yorkda bir restorana getdim. Burada mənə kredit kartımın keçərsiz olduğu deyildi. Başa düşdüm ki, kartımı lazımınca istifadə etmirəm. Bəxtim onda gətirdi ki, Mişel kartını özü ilə götürmüşdü. Mən isə restoran rəhbərliyinə borclarımı ödədiyimi anlatmağa çalışdım".

Bütün xəbərlər Facebook səhifəmizdə