Kiçik dağ böyüklüyündəki quyruqlu ulduz həftə sonu insanlar tərəfindən görüləcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ulduz bazar günü Marsın həddindən artıq yaxınlığından keçəcək. NASA-dan verilən məlumatda qeyd olunur ki, quyruqlu ulduz Marsın 140 min kilometr yaxınlığından saatda 202 min 767 kilometr sürətlə ötəcək. Hadisə, hazırda Mars planetinin ətrafında hərəkət edən peyk vasitəsilə izləniləcək.
Qeyd edək ki, NASA-nın Maven peyki iki gün əvvəl Marsdan ilk görüntüləri yerə göndərmişdi. Təxminən 10 ay davam edən 711 milyon kilometrlik yolun davamında 21 Sentyabrda Marsın çevrəsinə daxil olan "Maven" peyki yeni görüntülər əldə edib. Fotolar günəşdən qopan və səmada hərəkət edən xırda parçaların Marsda fırtınaya səbəb olduğunu əks etdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB