ABŞ-ın Baş Qərargah rəisi şok etiraf etdi

Martin Dempsi İŞİD-ə qarşı mübarizə aparan Amerika döyüş təyyarələrinin hava hücumlarının uğursuz olduğunu bildirib
ABŞ-ın Baş Qərargah rəisi şok etiraf etdi

Koalisiya güclərinin İŞİD-ə qarşı hücumlar apardığı bir zamanda ABŞ-ın Baş Qərargah rəisi şok etiraf edib. Martin Dempsi İraq və Suriyada İŞİD-ə qarşı mübarizə aparan Amerika döyüş təyyarələrinin hava hücumlarının uğursuz olduğunu bildirib.

Onun sözlərinə görə, Barak Obamanın İŞİD-in yox edilməsi üçün güvəndiyi ABŞ və koalisiya ölkələrinin hava hücumlarının heç bir təsiri yoxdur.

Terror qruplaşması paytaxt Bağdada, Türkiyə ilə Suriya sərhədindəki Kobani bölgəsində irəliləyişini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə