İraqda bombalı hücum: 26 ölü

İraqda Diyala vilayəti və paytaxt Bağdadda təşkil edilən hücumlarda ilk açıqlamalara görə 26 nəfər həyatını itirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Diyala Vilayət Məclisi Təhlükəsizlik Komitəsinin sədri Sadiq əl-Hüseyni jurnalistlərə açıqlamasında şəhərdə bomba yüklü nəqliyyat vasitələri ilə təşkil edilən 2 hücumda aralarında təhlükəsizlik qüvvələrinin də olduğu 22 nəfərin öldüyünü, 30 nəfərin isə yaralandığını bildirib. Şiddətli partlayışlarda ətrafa böyük ziyan dəydiyini deyən Hüseyni, bomba yüklü avtomobillərdən birinin hökumət, digərinin isə bələdiyyə binasını hədəf aldığını ifadə edib.

Paytaxt Bağdadda təşkil edilən bombalı hücumlarda da 4 nəfər ölüb, 12 nəfər yaralanıb. Təhlükəsizlik qüvvələrindən yayılan məlumatlara görə, paytaxtın şərqində təşkil edilən bombalı hücumda 3 nəfər ölüb, 8 nəfər yaralanıb. Paytaxtın cənubunda reallaşan ikinci bombalı hücumda isə 1 adam ölüb, 4 nəfər yaralanıb. Yaralılar arasında əsgərlərin də olduğu qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə