Sarkozi yenidən məhkəmə qarşısında

Sarkozi yenidən məhkəmə qarşısında

Fransada siyasətə yenidən qayıdan sabiq Prezident Nikola Sarkozi ilə bağlı yenidən qalmaqal yaşanır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Sarkozi yenidən ifadə vermək üçün məhkəmə qərarı ilə üz-üzə qalıb. Paris Məhkəməsindən verilən açıqlamada 2012-ci ildə keçirilən Prezident seçkiləri zamanı kampanya xərclərində qanundankənar hərəkətlərin edilməsi səbəb göstərilərək ifadəsi alınmaq üçün məhkəməyə çağrıldığı vurğulanıb. Məlumatda, "vəzifədən sui-istifadə, cinayətə şərik olma, dəstək və şərait yaratma" maddələri ilə məhkəmə tərəfindən qərar qəbul edildiyi bildirilib.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi 2012-ci il Prezident seçkiləri zamanı Sarkozini seçki kampanyasında qanundan kənar xərclər etdiyi üçün cəzalandırmışdı. Limitin aşılması səbəbi ilə kəsilən maddi cəzanı Sarkozinin əvəzinə partiyası Xalq Hərəkatı Birliyi (UMP) ödəmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə