İsrail ordusu qərbi Şəriyədə bir kəndə basqın edərək evləri dağıdacaqları xəbərdarlığı ilə kənd sakinlərini təhdid edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Əl-Malih şəhərinin Bələdiyyə başçısı Arif Daragime açıqlamasında bildirib ki, İsrail əsgərləri səhər saatlarında Harbe Ummu-l Camal kəndinə basqın edərək bütün evlərin fotoşəkilini çəkib və kəndliləri evlərini dağıtmaqla təhdid edib.
Əsgərlərin kənd sakinlərinə yazılı hər hansı bir sənəd göstərmədiyini deyən Daragime qeyd edib ki, İsrailin 1967-ci ildə dağıtdığı 26 kənddən biri olan Harbe Ummu-l Camalda yaşayan 13 fələstinli ailə kənddə abadlıq işləri görüb və orada heyvandarlıq edərək dolanmağa çalışırlar.
Daragime həmçinin bildirib ki, İsrail 2013-ci ildən bu yana Qərbi Şəriyənin şərqində yerləşən İordaniya vadisində fələstinlilərə aid 750 evi dağıdıb, 350 evin isə dağıdılması əmrini verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB