Henningin ailəsi: "Xilas etmək üçün daha çox şey edilə bilərdi"

Henningin ailəsi: "Xilas etmək üçün daha çox şey edilə bilərdi"

İŞİD terror təşkilatı tərəfindən öldürülən İngilis girov Alan Henningin qardaşı Colin Livesey bildirib ki, İngiltərə hökuməti qardaşını qurtarmaq üçün bir neçə ay əvvəl daha çox şey edə bilərdi. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İngiltərə Baş naziri David Cameron isə Henningin İŞİD tərəfindən öldürülməsinin qətiyyən bağışlanılmayacağını və ölkəsinin qatilləri taparaq ədalətə təslim etmək üçün əlindən gələni edəcəyini söyləyib. Artıq İngiltərə keçən həftədən İraqda İŞİD-ə qarşı həyata keçirilən hava əməliyyatına dəstək verir.

Həmçinin, Manchester Məscidi rəhbərliyindən verilən açıqlamada Alan Henningin öldürülməsi qınanaraq İŞİD-in islamı təmsil etmədiyi bildirilib.

Qeyd edək ki, İngiltərənin şimalındakı Salford şəhərində yaşayan və taksi sürücülüyü edən 47 yaşlı Alan Henning keçən ilin dekabrında Suriyada olarkən qaçırılmışdı. Daha sonra amerikalı jurnalistlər James Foley və Steven Sotloff kimi onun da başı kəsilərək qətlə yetirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə