Co Bayden Türkiyə prezidentindən üzr istəyib

Co Bayden Türkiyə prezidentindən üzr istəyib

ABŞ-ın vitse-prezidenti Co Bayden ona hirsli olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan üzr istəyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ rəsmisi Harvard universitetində çıxışı zamanı Ərdoğanı dostu adlandırıb və bildirib ki, Ərdoğan etiraf edib ki, Türkiyə xarici döyüşçülərin onların ərazisindən Suriyaya keçməsinə icazə verməklə səhv edib.

R.T.Ərdoğan isə jurnalistlərə açıqlamasında bildirib ki, o heç vaxt belə bir ifadə işlətməyib: "Mən heç vaxt ona deməmişəm ki, biz səhv etmişik. Əgər Co Bayden Harvardda çıxışında belə deyibsə bizdən üzr istəməlidir. Xarici döyüşçülər heç vaxt Türkiyə ərazisindən Suriyaya daxil olmayıb. Ola bilər ki, ölkəmizə turist kimi gələnlər olub, daha sonra Suriyaya gediblər. Lakin heç kim deyə bilməz ki, Türkiyə sərhəddindən Suriyaya ordu keçib".

Bunun ardından Co Bayden Türkiyə prezidentinə zəng edərək ondan üzr istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə