Kerri və Lavrov məsələni telefonla müzakirə etdilər
ABŞ-dan Ukrayna zəngi

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Serqey Lavrov arasında telefon danışığı olub. Tərəflər 10 dəqiqəlik telefon danışığı zamanı Ukraynadakı ən son vəziyyəti müzakirə ediblər. Con Kerri Ukraynanın şərqində vəziyyətin gərginləşməsindən dolayı narahatlığını ifadə edib. Onun sözlərinə görə, bu, 1 ay əvvəl əldə olunmuş atəşkəs razılaşmasının şərtlərinin yerinə yetirilməsini təhlükə altına qoyur.

Rusiyanın xarici işlər naziri də münaqişə tərəflərinin Minsk razılaşmalarının şərtlərinə əməl etməsinin, ağır texnikanın geri çəkilməsinin və vəziyyətin ATƏT xətti ilə monitorinqinin təmin edilməsinin vacibliyini vurğulayıb

Bütün xəbərlər Facebook səhifəmizdə