Laqard: “Dünya iqtisadiyyatı dönüş nöqtəsindədir”

Laqard: “Dünya iqtisadiyyatı dönüş nöqtəsindədir”

Dünya ölkələrinin illik inkişafı ilə bağlı statistika açıqlanıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Beynəlxalq Maliyə Fondunun (İMF) rəhbəri Kristin Laqard qlobal iqtisadiyyatın "ləng böyümə" müddətini geridə qoyması üçün cəsur siyasət yürüdülməsi gərəkdiyini vurğulayıb. Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatları sürətli, Yaponiya stabil, Avropa Birliyi isə zəif inkişaf tempini davam etdirir. "Washington Georgetown" Universitetində İMF və Dünya Bankının illik toplantısı öncəsində çıxış edən Laqard dünya iqtisadiyyatı ilə bağlı fikirlərinə bunları da əlavə edib: "İMF-nin əsas vəzifəsi həddindən artıq risklərlə əhatələnmiş vəziyyətdə olan xaotik qırılmaların öhdəsindən gələrək qlobal iqtisadiyyata yardımcı olmaqdır".

O, çıxışında dünya iqtisadiyyatının dönüş nöqtəsində olduğunu bildirib: "Artıq irəliləmə müşahidə olunur. Lakin hamımız bilirik və hiss edirik ki, böyümə yetərincə deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə