Helikopter qəzaya uğradı ölənlər var

Helikopter qəzaya uğradı  ölənlər var

İsveçrənin Lozan şəhərindən havalanan helikopter Fransanın şərqindəki Bart bölgəsində yerə düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 5 nəfər ölüb. İsveçrə mediasında yer alan məlumatda bildirilir ki, Lozandan havalanan helikopterdə biri qadın olmaqla 7 sərnişin olub. Qəzada həlak olan 5 sərnişinin hamısı İsveçrə vətəndaşıdır. Yaralanan 2 sərnişindən birinin vəziyyətinin ağır olduğu bildirilir. Ağır xəsarət alan yaralılardan biri İsveçrədəki xəstəxanalardan birinə yerləşdirilib. Digər yaralı isə, Fransanın Besançon bölgəsindəki xəstəxanaya aparılıb. Qəzanın səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə