Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Ban Ki Mun Myanmada Rohinqya müsəlmanlarına qarşı edilən zorakılığın davam etməsinin narahatedici olduğunu bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Ban Ki Mun məsələ ilə bağlı olaraq Myanma hakimiyyətinin verdiyi sözlərini həqiqətdə yerinə yetirmədiyini qeyd edib. Baş Katib Myanmadakı insan haqlarının vəziyyəti ilə bağlı BMT-nin Baş Assambleyasının 3-cü Komitəsinə verdiyi hesabatda ölkədəki etnik və dini separatizm səbəbilə ortaya çıxan zorakılığın onu dərin düşündürdüyünü ifadə edib. Hesabatında xüsusilə Arakandakı vəziyyətin fövqəladə halda olduğu və narahatlıq doğurduğunu əlavə olunub. O, ifadəsində bunları da qeyd edib: " Myanma höküməti zorakılıq hallarına yardım edənləri ciddi cəzalandıracağına yönəlik sağlam sözlər verməsinə baxmayaraq, bu sözlər ölkə içərisində lazımi ölçüdə yerinə yetirilmir".
Qeyd edək ki, Rohinqya Müsəlmanları illərdir ki vətəndaşlıq haqlarının verilməməsi, səyahət və ticarət azadlıqlarının yerinə yetirilməməsi ilə yanaşı, fanatik Buddistlər tərəfindən də zorakılığa məruz qalır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB