Həcc ziyarətini yerinə gətirmək üçün Məkkədə bir araya gələn 3 milyona yaxın zəvvar bu gün günorta saatlarından etibarən ehramlarını geyiblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, artıq zəvvarlar Məkkəyə 25 kilometr məsafədə yerləşən Ərafata yola çıxıblar.
Qeyd edək ki, həcc mərasiminin başlanğıcı və əsas nöqtəsi hesab edilən Ərafat, Peyğəmbərin Vəda Xütbəsini etdiyi, Adəm və Həvvanın qarşılaşdıqları yer olaraq bilinməktədir. Ərafatda içərisində Azərbaycan zəvvarlarının da olduğu hər bir ölkə onlar üçün əvvəlcədən qurulan çadırlarda yerləşəcək. Ərafat öncəsi gecəni Minada keçirmək istəyənlər isə, bu gecədən etibarən yola çıxacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB