Türkiyənin xaricdə yeganə torpaq varlığı olan Süleyman Şah Türbəsi yenidən təhlükə ilə qarşılaşıb. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, mediada İŞİD qüvvələrinin Suriyadakı türbəyə hücumu ilə bağlı xəbərlər yer aldıqdan sonra türbə ətrafında təhlükəsizlik tədbirləri artırılıb. Türkiyənin topçulardan ibarət ordu birliyi İŞİD hücumuna qarşı müntəzəm olaraq hazır vəziyyətdə saxlanılır.
Suriyanın Kürt bölgəsi olan Kobani istiqamətində İŞİD ordusu irəlilədikdən sonra Süleyman Şah Türbəsi üçün təhdidlər artıb, lakin Türkiyənin aldığı tədbirlərin qarşılığında qüvvələr bölgədən geri çəkilməyə məcbur olub. Bu günlərdə isə yenidən mediada İŞİD qüvvələrinin türbəni muhasirəyə aldığı bildirilib. Türk ordusundan verilən məlumatda isə uzun müddətdir 24 saatlıq qoruma tədbirinin alındığı ifadə edilib. Bundan əlavə, Süleyman Şah Türbəsi ətrafındakı xidmətçilərin sayı 50-yə yüksəldilib.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB