Metronun ön vaqonunu deşən dəmir parçası sərnişinə sancılıb
Türkiyədə metroda dəhşətli qəza baş verib. SİA-nın xəbərinə görə, hadisə İstanbul metrosunun Seyrantəpə xəttində qeydə alınıb. Belə ki, metronun ön vaqonunu deşən dəmir parçası bir sərnişinə sancılaraq onun bud nayihəsini deşib. Hadisə yerinə çox sayda təcili yardım cəlb edilib.
Maşinist hadisə ilə bağlı sərnişinlərə anons verib: "Qəza səbəbi ilə dayanmaq məcburiyyətində qaldım. Sərnişinləri evakuasiya edək".
Bu anonsdan sonra evakuasiya əməliyyatları başlayıb.
Vaqonun içində qalan və böyük bir çaxnaşma yaşayan sərnişinlər evakuasiya edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB