Avstraliya İŞİD-ə qarşı 600 əsgər göndərəcək

Avstraliya İŞİD-ə qarşı 600 əsgər göndərəcək

Avstraliya İŞİD-ə qarşı mübarizə üçün 600 əsgərini Yaxın Şərqə göndərir. SİA-nın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə qərarı Avstraliyanın Baş naziri Toni Ebbot açıqlayıb.

Onun sözlərinə görə, ölkəsi İŞİD-lə mübarizə üçün ilkin mərhələdə Birləşmiş Ərəb Əmirliklərinə 200 əsgər, hərbi hava qüvvələrinin 400 nəfərlik heyəti, 8 hərbi, 1 kəşfiyyat təyyarəsi göndərib.

Avstraliyanın Baş naziri hərbçilərin göndərilməsinin ABŞ-ın müraciətinə cavab olaraq həyata keçirildiyini və bunun İraqın Baş naziri tərəfindən təsdiqləndiyini vurğulayıb.

Toni Ebbotun sözlərinə görə, İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirak etmək qərarı hələ verilməyib, lakin terror qruplaşmasının fəaliyyətini məhv etmək vacibdir.

Qeyd edək ki, Avstrilya hökumətinin bu qərarına ana müxalifət dəstək versə də, yaşıllar qarşı çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə