Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Dövlət Katibi Con Kerri ilə görüşüb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, iki saat yarım davam edən görüşdə Kerri iki ölkənin regiondakı terror təşkilatlarına qarşı mübarizəni davam etdiriləcəyini vurğulayıb.
Çankaya iqamətgahında baş tutan görüşdə iki ölkə arasındakı qarşılıqlı münasibətlər, regionda baş verən hadisələr, Cənubi Qafqaz bölgəsindəki problemlər müzakirə mövzusu olub, eləcə də Suriya müxalifətinə dəstək və humanitar yardımın davam etdirilməsi bildirilib.Kerri ilə Ərdoğanın görüşündə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunduğu da bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB