İraqın yeni hökumətinin andiçmə mərasimi keçirilib. Məlumatı dünya xəbər agentlikləri bildirir.
Ölkə parlamenti Baş nazir Heydər əl-Abadinin rəhbərliyi altında yenicə formalaşmış Nazirlər Kabinetinin tərkibini təsdiq edib. Sünni məzhəbli Saleh əl-Mutlak və kürd Xoşiyar Zebari Baş nazirin müavinləri seçiliblər. Müdafiə Nazirliyinin və Daxili İşlər Nazirliyinin rəhbərlərinin adları hələlik məlum deyil. Parlament bu vəzifələrə namizədləri ayrıca gözdən keçirəcək.
Heydər əl-Abadi Baş nazir vəzifəsində fəaliyyətə başlaması ilə əlaqədar çıxışında bildirib ki, İraqın yeni hökumətinin ən vacib vəzifəsi radikal "İslam dövləti" qruplaşmasına qarşı mübarizə aparmaq olacaq.
Yeni hökumətin təsdiqlənməsi İraq ordusu ilə cihadçı "İslam dövləti" terror qruplaşması arasında döyüşlərin kəskinləşdiyi bir vaxtda keçirilib. Cihadçılar İraqın ikinci böyük şəhəri olan Mosulu ələ keçirə biliblər. Hazırda paytaxt Bağdada doğru sürətlə irəliləyən silahlılar ölkənin bir sıra digər yaşayış məntəqələrini də öz nəzarətlərinə götürməyi planlaşdırılar.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNCHR) məlumatına görə, ev-eşiyini məcburiyyət qarşısında tərk edən və ekstremistlərdən xilas olmağa çalışan iraqlıların sayı hazırda təxminən 1,6 milyon nəfər təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB