Putinin Ukrayna üçün sülh planı

Putinin Ukrayna üçün sülh planı

Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Poroşenko ilə atəşkəsin bərpa edilməsində razılığa gəldiklərini bəyan edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Putin həmçinin razılıq əldə olunduqdan sonra Ukrayna üçün sülh planının əsas istiqamətlərini açıqlayıb.

O, məsələ ilə bağlı bəyanatında 7 maddəlik sülh planı çərçivəsində Ukraynanın şərqindəki üsyançıları hücumlarını dayandırmağa çağırıb. Putin eyni zamanda sentyabrın 5-də son dəfə razılığa gələcəklərini deyib. Ukrayna prezidenti Poroşenko da Putinlə atəşkəs üçün atılması lazım olan addımlarda ortaq məxrəcə gəldiklərini təsdiq edib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının təxminlərinə görə, atəşkəs əldə olunsa, bu 2.600 insanın ölümünə səbəb Ukrayna böhranında bu zamana qədər ən mühüm nailiyyətlərdən olacaq. Ukrayna, ABŞ və Avropa ölkələri Putini üsyançıları hərbi sursatla təmin etməkdə ittiham edir. Lakin Rusiya tərəfi bütün ittihamları rədd edir.

Bütün xəbərlər Facebook səhifəmizdə