2 min illik kitabə aşkara çıxdı

2 min illik kitabə aşkara çıxdı

Türkiyənin Parion Andıq Şəhərində aparılan qazıntılar zamanı 2 min illik kitabə aşkarlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə qazıntılar bu barədə qazıntını aparan nümayəndə heyətinin rəhbəri Vedat Keleş məlumat verib.

O deyib ki, uzun müddətdir Parionda başlanan qazıntılar nəticə verib və 2014-ci ildə aparılan qazıntılar artıq tamamlanmaq üzrədir: "Aparılan qazıntılara 7 universitetdən 60 nəfərlik texniki qrup, ümumilikdə isə 130 nəfərlə başlamışıq. Qazıntılar zamanı çox əhəmiyyətli tapıntılar ortaya çıxdı. Bunlardan ən əhəmiyyətlisi isə 2 min illik kitabələrin aşkara çıxması oldu".

Qeyd edək ki, qazıntılar Türkiyənin Biga mahalındakı Kəmər kəndi yaxınlığında aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə