ABŞ Rusiyaya qarşı vuruşmaqda Ukraynaya yardıma hazırlaşır

Amerika senatorları Rusiya işğalına qarşı mübarizədə Ukrayna ordusuna silah yardımı edilməsi üçün Amerika hökumətinə çağırış ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Senatın Xarici Əlaqələr Komitəsinin başçısı Robert Menendez bildirib ki, Rusiya Prezidenti Vladimir Putin nümayiş etdirdiyi aqressiyanın nəticələri ilə üzləşməlidir.

"Ukraynaya özünü Putinin gələcək aqressiyasından müdafiə etməsi üçün silah yardımı etməliyik. Bu məsələ artıq separatçılarla deyil, bir başa Rusiya işğalı ilə bağlı bir məsələdir. Biz bunu qəbul etməliyik"- deyə, Senat Menendez qeyd edib.

O həmçinin qeyd edib ki, silah yardım məsələsi hər an Prezident Barak Obama ilə müzakirə oluna bilər.

Qeyd edək ki, Rusiya Dövlət başçısı Vladimir Putin Şərqi Ukraynada dövlətçilik məsələlərinin müzakirəsi üçün Ukraynanı danışıqlara dəvət edib. Görüşün bu gün Belarusiyanın Minsk şəkərində keçirilməsi gözlənilir. Danışıqlara Rusiya, Ukrayna nümayəndələri və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı qatılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə