AB-nin 41 yaşlı ali nümayəndəsi kimdir?

AB-nin 41 yaşlı ali nümayəndəsi kimdir?

İtaliya Xarici İşlər Naziri Federika Mogerini Avropa Birliyinin diplomatiyasının başçısı təyin edilib. Bəs AB-nin yeni ali nümayəndəsi kimdir? SİA-nın anspress-ə istinadən verdiyi məlumata görə, AB diplomatiyasının yeni başçısının 41 yaşı var. O Romanın "La Saliensa" universitetinin politologiya fakultəsini bitirib. Əsas siyasi fəaliyyətə o 2001-ci ildə "Solçu demokratlar" partiya ittifaqına daxil olmaqla başlayıb. Fəaliyyət göstərdiyi partiya artıq 2007-ci ildə mərkəzi sol Demokrat partiyasının əsasını qoyur.

Partiyada Mogerini xarici siyasət, əsasən Yaxın Şərqdə sülh prosesləri və İraqla Əfqanıstandakı vəziyyətin nizamnlanması ilə bağlı məsələlərdən məsul idi.

İlk dəfə Mogerini parlamentə 2008-ci və daha sonra yenidən 2013-cü ildə seçilib. Onun parlament yığıncaqlarını ziyarət etmək statistikası 98 faiz təşkil edir ki, bu italiyalı parlamentarilər arasında mütləq rekord göstəricidir.

Magerini evlidir. O italiyalı siyasətçi Valter Veltroni yaxınlığı ilə seçilən Matteo Rebezaninin həyat yoldaşıdır. Siyasətçinin iki qızı var- 9 yaşlı Katerin və 4 yaşlı Marta.

Bütün xəbərlər Facebook səhifəmizdə