Şimali İraqdan Türkiyəyə 8,8 milyon barrel neft nəql olunub

Şimali İraqdan Türkiyəyə 8,8 milyon barrel neft nəql olunub

Şimali İraqdan hasil olunan 8,8 milyon barrel neft 12-ci tankerə yüklənərək Türkiyəyə nəql olunub. Bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bu ölkənin KİV-lərinə müsahibəsində bildirib.

O, hazırda Kərkük-Yumurtalıq xam neft boru kəmərindən gündəlik 180-190 min barrel neft nəql edildiyini və iki həftə öncə kəmərdə aparılan təmir işlərindən sonra bu rəqəmin 200-220 min barrelə çatdırılacağını deyib. Nazir, anbarlarda 300-350 min barrel neft olduğunu və həmin neftin nəql üçün hazır vəziyyətə gətirildiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə