Türkiyədə yeni seçilmiş prezident Rəcəb Tayyib Ərdoğanın bu gün andiçmə mərasimi keçiriləcək. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, mərasim Ankarada Çankaya köşkündə yerli vaxtla saat 11:00-da başlayacaq. Andiçmədə bir sıra ölkələrin dövlət və hökumət başçılarının iştirakı gözlənilir.
Xatırladaq ki, ötən gün isə Ərdoğan "Ədalət və İnkişaf Partiyası"nın sədri və Baş nazir kürsüsünü keçmiş xarici işlər naziri Əhməd Davudoğluya təhvil verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB