Ölü körpəsini 36 il bətnində gəzdirdi ŞOK (FOTO)

Ölü körpəsini 36 il bətnində gəzdirdi ŞOK (FOTO)

Hindistanda həkimlərin səhv diaqnozu, bir qadının ölü körpəsini 36 il bətnində daşımasına səbəb olub. SİA-nın xəbərinə görə, təxminən 40 il bundan əvvəl 24 yaşında hamilə olan Kantabai Thakraya həkimlər tərəfindən ektopik hamiləlik diaqnozu qoyulduqdan sonra müalicə altına alınır. Kəskin ağrılar çəkən qadın körpəsini dünyaya gətirə bilmir. Müalicədən bir müddət sonra qadın sağlam həyata qayıdır.

Təxminən 40 ilə yaxın bir müddət keçdikdən sonra kəskin ağrılarla həkimə müraciət edən qadın həm maraqlı, həm də qeyri-adi bir hadisə ilə üz –üzə qalır. Belə ki, 60 yaşlı Kantabainin verdiyi analizlər nəticəsində məlum olur ki, 40 il budan əvvəl hamilə qaldığı uşağın skeleti hələ də onun bətnində yatır. Qadın skeletdən əməliyyat nəticəsində azad olur.

Hadisə ilə bağlı açıqlama verən həkimlər bildiriblər ki, bu hadisə tarixdə ən uzun müddətli hamiləlik adlana bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə