Rusiyalı həkimlər Ebola xəstəliyinə çarə tapıblar. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın səhiyyə naziri Veronika Skvorstva açıqlamasında deyib.
O bildirib ki, yerli həkimlər tərəfindən Ebola virusuna qarşı yeni vaksin hazırlanıb və bu vaksin ilk sınaqdan uğurlu nəticə ilə çıxıb: "Bu xəstəliyin nədən əmələ gəldiyi və yayıldığı haqqında əlimizdə dəqiq məlumatlar var. Buna görə həkimlərimiz tərəfindən virusla mübarizə aparacaq vaksin hazırlanıb. Hazırda əldə edilən vaksin yoxlamalardan keçirilir. Düşünürük ki, yeni vaksinlə virusla mübarizədə yüksək nəticələr əldə etmiş olacağıq".
Səhiyyə Nazirliyi Rusiyaya gələn turistlərin güclü nəzarət altında olduğunu da bildirib: "Bir gündə bu ölkələrdən Rusiyaya demək olar ki 36 uçuş həyata keçirilir.
Qərb ölkələrindən və Afrikadan gələn turistlər xüsusi nəzarətdə saxlanılır. Afrikadan oxumağa gələn tələbələrlə ayrı görüşlərin keçiriləcəyi nəzərdə tutulur".
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyə qədər 2615 insanda Ebola virusu aşkarlanıb ki, onlardan 1427 nəfəri dünyasını dəyişib. Xəstəliyin yayıldığı Qərbi Afrikanın 4 ölkəsinə Demokratik Konqo Cümhuriyyəti də əlavə olunub. Belə ki, burada 13 nəfər sözügedən virusdan həyatını itirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB