Azərbaycan əsilli məşhur britaniyalı bəstəkar-müğənni Sami Yusuf BMT-nin Ərzaq Proqramının aclıqla mübarizə üzrə elçisi təyin olunub. SİA-nın məlumatına görə, Sami Yusuf uzun müddət ÜƏP-in fəaliyyətini dəstəkləyib və albomlarının satışından əldə etdiyi gəlirlərlə ehtiyacı olanlara ərzaq yardımı çatdırılması əməliyyatlarını maliyyələşdirib. Həmçinin BMT əməkdaşları ilə birlikdə Misir və İordaniyada suriyalı qaçqınlara yardım çatdırılmasını müşahidə edib.
Qeyd edək ki, Sami Yusuf Tehranda azərbaycanlı ailəsində doğulub. Üç yaşında isə ailəsi ilə Böyük Britaniyaya köçüb./apa
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB